Milli Məclisin deputatları Budapeştdə “Zəfər Günü” tədbirində iştirak edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Budapeştdə “Zəfər Günü” münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Macarıstana yola düşəcəklər.
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan “Zəfər Günü” qeyd ediləcək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılacaqdır.
Səfər çərçivəsində Milli Məclisin deputatlarının Macarıstan parlamentində bir sıra görüşləri də nəzərdə tutulub.
Səfər noyabrın 5-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi