Tovuz rayonunda şəhidlərin xatirəsi anılıb

Tədbirlər
01 noyabr 2021 | 16:54   
Paylaşın:        

44 günlük Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızdan biri – baş gizir Bədəlov Oqtay Ələddin oğlunun Tovuz rayonunun Çeşməli kəndində il mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasimdə şəhid Oqtay Bədəlovun ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, şəhid Oqtay Bədəlov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “ Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

******

Oktyabrın 28-də Tovuz rayonunun Çatax İnzibati Ərazi Dairəsi üzrə Şıxheybət kəndində 44 günlük Vətən müharibəsinin şəhidi, gizir Nəbiyev Cilingir Azad oğlunun şəhadətinin ildönümü keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin doğmaları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Cilingir Nəbiyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

********

Oktyabrın 28-də Tovuz rayonunun Alakol kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Hüseynov Cavid Hümbət oğlunun xatirəsi anılıb.

Şəhidin il mərasimində Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Cavid Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU