Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım tədbirində iştirak edib

Tədbirlər
01 noyabr 2021 | 17:45   
Paylaşın:        

Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım mərasimi keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əbülhəsən Eyvazov Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlə döyüşərək şəhid olmuşdur.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Əbülhəsən Eyvazov Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid Əbülhəsən Eyvazov, eyni zamanda "Aprel döyüşləri"nin iştirakçısı olmuş və göstərdiyi qəhrəmanlıqlara görə Fəxri Fərmanla təltif olunmuşdur.

Tədbirdə bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, hər birinə Allahdan rəhmət dilənib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU