Gəncə şəhərində şəhidlərin anım günləri keçirilib

Tədbirlər
02 noyabr 2021 | 12:28   
Paylaşın:        

Gəncə şəhərinin Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri - Əsgərov Rauf Vaqif oğlunun və Abdullayev Samir İlham oğlunun anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhidin doğmaları, şəhid anaları və şəhər ictimaiyyəti iştirak ediblər.

Gəncənin Şəhidlər Xiyabanında şəhidlərimiz ziyarət olunaraq ruhlarına dualar edilib, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə - şəhid Rauf Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, şəhid Samir Abdullayev isə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

 

****

 

Gəncə şəhərində 44 günlük Vətən müharibəsi döyüşlərində şəhid olmuş qəhrəman oğullarımız - Namazov Elməddin Nəsib oğlu, Cəfərov Mirmuraz Mirbaba oğlu və Məmmədov Elnur Xurşud oğlunun anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin komitə sədri Musa Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhidlərin doğmaları, şəhid anaları və şəhər ictimaiyyəti iştirak ediblər.

Şəhidlərimizin Şəhidlər Xiyabanında məzarları ziyarət olunaraq ruhlarına dualar edilib, onların və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə ölümlərindən sonra şəhidlərimiz - Elməddin Namazov və Mirmuraz Cəfərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Fizulinin azad olmasına görə” medalları ilə, Elnur Məmmədov isə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU