İordaniya parlamenti dostluq qrupunun sədri Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına təbrik məktubu ünvanlayıb
İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında İordaniya-Asiya və Okeaniya ölkələri ilə dostluq qrupunun sədri Əbdülrəhim əl-Maayah 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinə təbrik məktubu ünvanlayıb.
Ölkəmizin İordaniyadakı səfirliyindən bildirilib ki, Əl-Maayah öz məktubunda Ermənistanla 30 illik münaqişənin başa çatması və bölgəmizdə sülhün bərqərar olması münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrini daim dəstəklədiyini qeyd edib.
Dost Azərbaycana inkişaf və tərəqqi arzulayan Nümayəndələr Palatasının üzvü, həmçinin Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və regional inteqrasiyanın zəruriliyini vurğulayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi