Milli Məclisdə UNİCEF-in nümayəndəsi ilə görüş

Tədbirlər
02 noyabr 2021 | 18:22   
Paylaşın:        

Noyabrın 2-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi ilə görüşüb.

Görüşdə Əhliman Əmiraslanov ötən  illər ərzində Azərbaycanın UNİCEF ilə birgə əməkdaşlığı sahəsində əldə olunan nailiyyətlər barədə  məlumat verib və bu əməkdaşlığın bundan sonra da uğurla davam etməsinə əminliyini vurğulayıb.

UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens öz növbəsində,  Azərbaycan hökuməti və UNİCEF-in birgə fəaliyyəti nəticəsində  həyata keçirilmiş layihələrin əhəmiyyətini qeyd edərək, bu günə qədər görülən işləri yüksək qiymətləndirib və UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq  səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hər zaman Azərbaycan Parlamenti, xüsusilə də Səhiyyə komitəsi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Söhbət zamanı hal-hazırda UNİCEF-in Azərbaycandakı fəaliyyətinin əsas prioritet sahələri olan yeni doğulan körpələrin ana südü ilə qidalanması və məktəbəqədər təhsil müəssisələrində uşaqların keyfiyyətli qidalanması problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb, adıçəkilən  istiqamətlərdə birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU