Göyçay rayonunda Vətən müharibəsi şəhidi Fərid Mövsümov yad edilib

Tədbirlər
03 noyabr 2021 | 11:16   
Paylaşın:        

 

Göyçay rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Fərid Zakir oğlu Mövsümovun xatirəsi yad edilib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçayın Şəhidlər Xiyabanında qəhrəman əsgərimizin məzarını ziyarət edib, şəhidimizin ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb.

Bildirilib ki, Fərid Mövsümov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə  “Vətən uğrunda” və "Füzulinin azad olunması uğrunda"  medalları ilə təltif edilib.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  razılıqlarını bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU