Niderland Krallığında Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək

Tədbirlər
03 noyabr 2021 | 18:55   
Paylaşın:        

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və parlamentin komissiya sədri  Eldar Quliyev  noyabrın 3-dən 6-dək  Niderland Krallığının Haaqa şəhərində  bu ölkədəki Azərbaycan səfirliyinin Zəfər Gününə həsr edilmiş tədbirlərində iştirak edəcəklər.

Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.  

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU