Bakı şəhərində şəhid Məmmədov Türkman Yolçu oğlunun anım mərasimi keçirilib

Tədbirlər
05 noyabr 2021 | 09:47   
Paylaşın:        

Bakı şəhərində 44 günlük Vətən müharibəsi zamanı Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızdan biri – Məmmədov Türkman Yolçu oğlunun il mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Arzu Nağıyev, Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə şəhid Türkman Məmmədovun  ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Türkman Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU