Quba rayonunda şəhid Musa Məhəmmədovun xatirəsi anılıb

Tədbirlər
05 noyabr 2021 | 09:49   
Paylaşın:        

Quba rayonunda Zərdabi qəsəbəsindən 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - şəhid Musa Bəhrəm oğlu Məhəmmədovun anım günü keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Anatoliy Rafailov, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi və şəhidin doğmaları iştirak ediblər.

Tədbirdə şəhid Musa Məhəmmədovun ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, şəhid Musa Məhəmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, "Kəlbəcərin azad edilməsi görə" və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU