Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Tədbirlər
05 noyabr 2021 | 18:18   
Paylaşın:        

İtaliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Vito Petroçelli Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının ildönümünü münasibətilə ən xoş arzularını çatdırıb. Komissiya sədri Ermənistan-Azərbaycan münaqişəsinin keçmişdə qaldığını qeyd edib və BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə uyğun olaraq ədalətli və davamlı sülhün bərqərar olunmasının vacibliyini bildirib.

Məktubda Azərbaycan Respublikası hökumətinin və parlamentinin çoxtərəfli əməkdaşlıq üçün fövqəladə imkanlarından maksimum istifadə edərək, Mərkəzi Qafqazın və qonşu regionların sülh və sabitliyinin, firavanlığının və təhlükəsizliyinin təmin edilməsinə əminlik ifadə olunur, İtaliya-Azərbaycan parlament münasibətlərinin həmişə yüksək səviyyədə qalacağına inam bildirilir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU