Deputatımız Türkiyəyə səfərə gedəcək
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev noyabrın 8-dən ATƏT PA-nın Prezidenti Marqareta Sedelfertin rəhbərliyi ilə Türkiyədə rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində Azay Quliyevin Türkiyənin dövlət və hökumət rəsmiləri ilə, həmçinin Türkiyə Böyük Millət Məclisində bir sıra görüşləri nəzərdə tutulur. Görüşlərdə ATƏT PA ilə Türkiyə arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv imkanları müzakirə olunacaq.
ATƏT PA-nın vitse-prezidenti TBMM-də təmsil olunan siyasi partiya rəhbərləri və Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Noyabrın 11-dən etibarən ATƏT PA-nın nümayəndə heyətinin səfəri İstanbulda davam edəcək. Burada deputatımızın bir sıra görüşləri planlaşdırılır.
Səfər noyabrın 12-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi