Yardımlıda şəhid Rüstəm Eminlinin anım mərasimi keçirilib

Tədbirlər
06 noyabr 2021 | 15:38   
Paylaşın:        

Yardımlı rayonunun Horonu kəndində şəhid Rüstəm Mais oğlu Eminlinin il mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Milli Məclisin deputatı şəhidlərin ailə üzvləri ilə görüşüb, onların dərdlərinə şərik olub, qayğı və problemləri ilə maraqlanıb.

Əsgər Rüstəm Mais oğlu Eminli Vətən müharibəsində oktyabrın 15-dən aktiv döyüş əməliyyatlarına qatılıb. Noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Yardımlı rayonu Horonu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rüstəm Mais oğlu Eminli ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU