Ordubad rayonunun şəhidləri yad edilib

XƏBƏRLƏR
07 noyabr 2021 | 11:17   
Paylaşın:        

Ordubad rayonunda  Azadkənd, Darkənd və Düylün kəndlərindən olan şəhidlər - baş leytenant Namiq Həsən oğlu Xəlillinin, leytenant İntiqam Allahverdi oğlu Abdullayevin, leytenant  Mətin Ramiz oğlu Hüseynovun və MAHHXHQ əsgəri Saday Rza oğlu Məmmədəliyevin anım mərasimləri keçirilib.

Mərasimlərdə Milli Məclisin deputatı Cəbi Quliyev, Ordubad rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidlərin məzarları ziyarət olunub, qəbirləri üstünə gül-çiçək düzülüb, xatirələrini ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Tədbir çərçivəsində şəhid ailələri ziyarət olunub, onların qayğıları diqqətdə saxlanılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU