İtaliyada Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Tədbirlər
07 noyabr 2021 | 12:30   
Paylaşın:        

  Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İtaliyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli noyabrın 7-də Roma şəhərinə yola düşəcək.

Zəfər Gününə həsr edilmiş tədbirlərdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın Ermənistan tərəfindən 30 il davam etmiş işğalına son qoyulması zamanı şəhid olmuş igidlərin xatirəsi ehtiramla anılacaq, postmüharibə dövründə bölgədə yaranmış yeni reallıqlar barədə danışılacaq.

Səfər noyabrın 10-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU