TBMM-in deputatı Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib
Türkiyə Böyük Millət Məclisinin Kahramanmaraşdan seçilmiş deputatı, Ədalət və İnkişaf Partiyasının qrup rəhbəri Mahir Ünal Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda TBMM-in deputatı Vətən müharibəsində Şanlı Zəfərin birinci ildönümü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, iki ölkənin dostluq və qardaşlığının əbədi olması diləklərini ifadə edib.
Mahir Ünal Azərbaycan xalqına sülh, əmin-amanlıq, firavanlıq arzulayıb, Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının əbədi olacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi