TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb
Mehmet Süreyya Er məktubunda TÜRKPA katibliyi və öz adından Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə səmimi təbriklərini çatdırıb.
Qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun göstərdiyi bənzərsiz şücaət və əzmkarlıqla qazanılmış zəfər müasir tarixə misli görülməmiş bir hadisə kimi daxil olub. Xalqın iradəsi və ölkə liderinin uğurlu siyasəti ilə aparılan bu mübarizədə Azərbaycan öz haqlı qələbəsini qazanaraq əzəli torpaqlarını geri qaytarıb.
Türkdilli ölkələr arasında əməkdaşlığa Milli Məclis sədrinin verdiyi töhfələri xüsusi vurğulayan Mehmet Süreyya Er ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi