Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Nurlan Niqmatulin Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb

Tədbirlər
08 noyabr 2021 | 18:28   
Paylaşın:        

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Nurlan Niqmatulin Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Nurlan Niqmatulin Milli Məclisin sədrini və deputatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi qeyd olunan Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. O, Azərbaycan xalqının bu Zəfərinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın hərtərəfli inkişafı və Avrasiya məkanında sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına inamını bildirib.

Parlament sədri Qazaxıstan və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin və sıx parlament əlaqələrinin xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubunun sonunda Nurlan Niqmatulin Milli Məclisin sədrinə cansağlığı, uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU