Latviya Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Roman Naudinş Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Tədbirlər
09 noyabr 2021 | 12:45   
Paylaşın:        

Latviya Seymində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Naudinş Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Latviyalı deputat 30 ilə yaxın Ermənistanın hərbi işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbənin birinci ildönümü - 8 Noyabr- Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həm də  BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirərək münaqişəyə son qoyub.

O, diqqətə çatdırıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar doğurdu və regionda davamlı sülhün qurulması üçün tarixi imkan yaratdı. Latviyalı deputat münaqişədən sonrakı dövrdə Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüslərini alqışladıqlarını qeyd edib.

Roman Naudinş məktubunda Latviya ilə Azərbaycan arasında inkişaf edən strateji tərəfdaşlığa yüksək qiymət verdiyini bildirib,  əməkdaşlığın müxtəlif sahələrini əhatə edən və parlaq perspektivləri olan bu möhkəm münasibətlərin əhəmiyyətini vurğulayıb.

O, Latviya Seymində Latviya-Azərbaycan dostluq qrupunun rəhbəri kimi  parlamentlərimiz arasında dialoqun dərinləşməsinin tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU