İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbərindən Milli Məclisə təbrik məktubu gəlib

Tədbirlər
09 noyabr 2021 | 13:41   
Paylaşın:        

İsrail parlamentinin - Knessetin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yelena Bardaç Yalov Milli Məclisin deputatı, İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailovun ünvanına 8 noyabr – Zəfər günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Məktubda İsrail və Azərbaycan arasında son 30 il ərzində qurulmuş və xalqlarımız arasında olan səmimi dostluğa asaslanan möhkəm münasibətlərin vacibliyi vurğulanıb.

Yelena Bardaç Yalov İsrail Knessetinin Azərbaycanla parlamentlərarası   dostluq qrupunun yeni seçilmiş rəhbəri olaraq qeyd edib ki, hər iki ölkənin qanunvericilik orqanları arasında mövcud olan əlaqələrin dərinləşməsi bizim dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

İsrail parlamentinin deputatı bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəsinin bir ili tamam olur. Bu müharibədə Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğal edilmiş əzəli torpaqlarını  azad edərək, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Yelena Bardiç Yalov bu tarixi Zəfər münasibəti ilə səmimi təbriklərini çatdırmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan xalqına davamlı əmin-amanlıq, sabitlik və firavanlıq arzularını çatdırıb.  

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU