Türkiyədən Azərbaycan Milli Məclisinə 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik məktubları gəlməkdə davam edir

Tədbirlər
09 noyabr 2021 | 14:07   
Paylaşın:        

8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Türkiyədən gələn məktublarda qardaş Azərbaycana, onun parlamentinə, xalqına və dövlətinə ən səmimi təbriklər və diləklər yer alıb.

Ankara Sosial Araşdırmalar Mərkəzinin baş müdiri Kemal Kaptaner, Medya gazetesi.com saytının baş yayım direktoru Çengiz Han Güven, Hacettepe Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Yunus Koç və SETA Vəqfinin baş koordinatoru Burhaneddin Duran tərəfindən imzalanan məktublarda Milli Məclisə xitabən Azərbaycana Vətən müharibəsindəki şanlı Zəfərinin birinci ildönümü münasibətilə təbriklər bildirilir, şəhidlərimizə rəhmət, qazilərimizə minnətdarlıq ifadə olunur.

Məktublarda Prezident İlham Əliyevin Ali baş komandanlığı altında qəhrəman Azərbaycan Ordusunun öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməklə yeni bir dövr açdığı qeyd olunur, Türkiyənin həmişə Azərbaycanın  yanında olacağı bildirilir.

Məktub müəllifləri Azərbaycanın hər sahədə tərəqqi və inkişaf etməsini, tarixə daha neçə qızıl səhifələr yazmasını, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlığın əbədi olmasını diləyiblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU