Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən Şuşa və Füzuli şəhərlərində olub

Tədbirlər
11 noyabr 2021 | 10:59   
Paylaşın:        

Noyabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub.

Böyük Britaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisdə Xankəndi şəhərinin deputatı Tural Gəncəliyev, ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər müşayiət ediblər.

Qonaqlar Cıdır Düzündə, Yuxarı Gövhər ağa məscidində, kilsədə olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər.

Nümayəndə heyəti Şuşada Natəvanın ev kompleksinə, Şəhər meydanına və “Xan qızı” bulağına da baş çəkib.

Həmin gün parlament nümayəndələri Füzuli şəhərinə gələrək burada Füzuli Şəhər Aeroportu ilə tanış olmuşlar.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi parlament nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU