Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Zəfər Günü münasibətilə Milli Məclisə təbrik məktubu göndərib

Tədbirlər
11 noyabr 2021 | 11:02   
Paylaşın:        

Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Veljko Kajtazi Zəfər Günü münasibətilə Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevaya təbrik məktubu göndərib.

Xorvatiya Parlamentinin üzvü bildirib ki, bu qələbə Azərbaycanın müstəqilliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarda suverenlik və bütövlüyün bərpası ilə yanaşı, həm də dayanıqlı sülh, bütün insanlar üçün təhlükəsiz və firavan gələcək barədə düşünmək üçün bir fürsətdir. Qeyd edib ki, bu qələbə həm də azərbaycanlı məcburi köçkünlərin hüquqlarını bərpa etdi. Kosovo və Xorvatiya müharibələrini xatırladan parlamentari Azərbaycanın bütün insanlar üçün firavan həyata ədalətli və təhlükəsiz keçidi təmin edəcəyinə, bu universal baxışı bölüşən bütün tərəflərlə münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib. O, bu münaqişədən əziyyət çəkən bütün insanlara qayğı və davamlı sülhə yönəlmiş siyasi dialoqun təmin ediləcəyinə əminliyini ifadə edib.

Veljko Kajtazi bildirib ki, Azərbaycanın dostu, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi bununla bağlı bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU