QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər günü münasibəti ilə təbrik ünvanlayıb

Tədbirlər
11 noyabr 2021 | 16:13   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın ünvanına Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Katibi Asəf Hacıyev tərəfindən 8 noyabr – Zəfər günü münasibəti ilə təbrik məktubu daxil olub.

Məktubda İkinci Qarabağ müharibəsinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatması və bu qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi bildirilir. Əldə olunmuş Zəfərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizə, uğurlu diplomatik fəaliyyət və ordu quruculuğunun sayəsində mümkün olduğu vurğulanıb.

QDİƏT Parlament Məclisinin Baş katibi hal-hazırda Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini söyləyərək, Füzuli Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkə Prezidentinin rəhbərliyi altında aparılan bütün bu quruculuq tədbirləri göstərir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ dünyanın ən gözəl guşələrinə və ölkəmizin mənəvi və mədəni paytaxtına çevrilir.

Asəf Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin bu proseslərdə və ümumiyyətlə dövlətimizin tərəqqisində yaxından iştirak etdiyini deyərək, Milli Məclisin spikerinə və üzvlərinə səmimi arzularını çatdırıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU