Türkiyə Böyük Millət Məclisinin deputatı Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib
Türkiyə Böyük Millət Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Cemal Öztürk öz adından və QDİƏT PM-də Türkiyə nümayəndə heyətinin üzvləri adından Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Bildirib ki, Türkiyə Cümhuriyyəti hər zaman bütün imkanlarıyla azərbaycanlı qardaşlarının yanında olub və bundan sonra da “Bir millət, iki dövlət” prinsipi ilə birlik və bərabərlik içində dəstəyini davam etdirəcəkdir.
TBMM-in deputatı qəhrəman Azərbaycan Ordusunun qürurlu mübarizəsini və Şanlı Zəfərini təbrik edərək bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi