Bolqarıstanda parlament seçkiləri keçiriləcək

Tədbirlər
11 noyabr 2021 | 18:20   
Paylaşın:        

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.

Deputatlarımız noyabrın 14-də keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Daha sonra Milli Məclisin deputatları dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU