Aqrar komitədə görüş

Komitə iclasları
11 noyabr 2021 | 20:33   
Paylaşın:        

Noyabrın 11-də Milli Məclisin Aqrar siyasət  komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Aqrar siyasət  komitəsinin sədri Tahir Rzayev Azərbaycan və Türkiyənin tarixin çətin dövrlərində bir-birinə dəstəyindən, xalqlarımızı sıx bağlayan tarixi köklərdən söz açıb. Qeyd edib ki, dövlət başçılarımız arasındakı yüksək səviyyəli dostluq iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Komitə sədri 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə birmənalı mənəvi-siyasi dəstək göstərməsinə görə minnətdarlıq ifadə edib.

Səmimi sözlərə görə təşəkkürünü bildirən TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən qonaq işğaldan azad edilmiş torpaqlara səfərindən, orada Ermənistanın müharibə və işğal vaxtı törətdiyi cinayətlərinin və vandallığının izlərinin şahidi olmasından bəhs edib.

Görüşdə iştirak edən Milli Məclisin Aqrar siyasət  komitəsi sədrinin müavini Sabir Hacıyev, komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Müşfiq Cəfərov və TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ölkələrimiz arasında bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlıqdan, bu əlaqələrin, xüsusən də aqrar sahədə təcrübə mübadiləsindən,  parlamentlərarası münasibətlərin əhəmiyyətindən danışıblar.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi şəraitində keçən görüşdə bu sektorda təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirələr edilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU