Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Eldar Quliyevə serbiyalı həmkarından təbrik məktubu gəlib

Tədbirlər
12 noyabr 2021 | 14:23   
Paylaşın:        

Noyabrın 8-də Serbiya Respublikası Milli Assambleyasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri İqor Beçiç  bu təşkilatda Milli Məclisin nümayəndə heyətinin rəhbəri Eldar Quliyevə təbrik məktubu göndərib.

İqor Beçiç Azərbaycanın milli bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına tərəqqi və firavanlıq naminə bütün səylərində davamlı uğurlar arzulayıb. Bildirib ki, Serbiya Respublikası Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa xüsusi önəm verir. Ölkələrimiz beynəlxalq hüququn prinsiplərinə, bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşır, həmçinin sülhün və sabitliyin təmin olunmasına sadiqdirlər.

Serbiyalı deputat məktubunda Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzularını ifadə edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU