Deputatlar Zaqatala və Balakəndə Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak ediblər

Tədbirlər
12 noyabr 2021 | 17:35   
Paylaşın:        

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatalada 8 noyabr –  Zəfər Gününün birinci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib.

Əvvəlcə, rayonun "Şəhidlər Xiyabanı" xatirə kompleksi ziyarət olunub. Burada 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş əsgərlərimizin xatirəsi anılıb. Sonra "Zəfər kompleksi" abidəsinə yürüş təşkil edilib, abidənin önünə  çiçəklər qoyulub. Daha sonra rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Tədbirlərdə rayon rəsmiləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

 

*  *  *

 Milli Məclisin deputatları Kamilə Əliyeva və Nəsib Məhəməliyev Zəfər Günü ilə bağlı Balakəndə keçirilən tədbirlərə qatılıblar.

Tədbir iştirakçıları, əvvəlcə, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər. Sonra rayonun Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Daha sonra Katex kəndində şəhidlərin xatirəsinə həsr edilmiş bulağın  açılış mərasimi keçirilib, onların döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.

Rayon ərazisində Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası da keçirilib.

Tədbirlərdə deputatlar Kamilə Əliyeva və Nəsib Məhəməliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU