Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.
Deputatlarımızın burada Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə bu ölkə Konqresinin Senatında, Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Səfər noyabrın 21-də başa çatacaqdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi