Ucar rayonunda şəhid Qəfərli Samir Möhlət oğlunun xatirəsi anılıb
Ucar rayonunun Bərgüşad kəndində şəhid Qəfərli Samir Möhlət oğlunun şəhadətə qovuşmasının ildönümü qeyd edilib.
Mərasimdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri kənd sakinləri ilə birlikdə şəhidimizin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Samir Qəfərli cənab Prezident İlham Əliyev tərəfinfən bu günə qədər 5 medalla təltif edilib. Mərasimdə onlardan ikisi - Qubadlı və Laçın rayonlarının azad olunması uğrunda medalları şəhidimizin atasına təqdim olunub.
Bildirilib ki, Vətən uğrunda canından keçmiş övladlarımız heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin !
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi