Zəfər Günü münasibətilə Misir parlamentindən Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu gəlib

Tədbirlər
13 noyabr 2021 | 13:41   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə Misir Parlamentinin Dini məsələlər və vəqflər Komitəsinin sədri Əli Cümə tərəfindən təbrik məktubu ünvanlanıb.

Məktubda komitə sədri 8 noyabr – Zəfər Günü münasibətilə arzu və təbriklərini çatdırıb. Bildirib ki, bu zəfərlə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Qeyd edib ki, bu, ölkənin, hətta regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.

Misir Parlamentinin komitə sədri məktubunda Azərbaycan Respublikasının cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında daim azad, əmin-amanlıq və çiçəklənmə  içində yaşaması diləklərini ifadə edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU