Şəhid Vüsal Rüstəmovun Abşeron rayonunda anım günü keçirilib

Tədbirlər
17 noyabr 2021 | 18:15   
Paylaşın:        

Abşeron rayonunun Sulutəpə qəsəbəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Cəbrayıl rayonunun yetirməsi, gizir Rüstəmov Vüsal Valeh  oğlunun anım günü keçirilib.

Mərasimdə  Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və  ailə üzvləri iştirak ediblər. Şəhid Vüsal Rüstəmovun məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub. Mərasimdə şəhidin döyüş yoldaşları hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışıblar.

Qeyd edək ki, şəhid gizir Rüstəmov Vüsal Valeh  oğlu 9  noyabr 2020-ci il tarixində  Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatsınlar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU