Qazaxda şəhid Məmməd Mərdanovun xatirəsi yad edilib

Tədbirlər
18 noyabr 2021 | 12:44   
Paylaşın:        

Qazax rayonunda Vətən müharibəsinin mülki şəhidi Məmməd Ələddin oğlu Mərdanovun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhid Məmməd Mərdanovun Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, qəbri üstünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Sonra mərasim iştirakçıları şəhidin ailəsi ziyarət ediblər, onların dərdlərinə şərik olublar, qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuş şəhid Məmməd Ələddin oğlu Mərdanov 2021-ci il sentyabrın 22-də Bala Cəfərli kəndində mühəndis istehkam işləri aparılan zaman idarə etdiyi ekskavatorla düşmən tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU