Sabunçu rayonunda şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
22 noyabr 2021 | 16:42   
Paylaşın:        

Noyabrın 22-də deputat Əliabbas Salahzadə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində şəhid Rəşad İlqar oğlu Rəhimovun  anım günündə iştirak edib.

Mərasimdə rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İkinci Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub, bütün şəhidlərin ruhlarına dualar oxunub və Vətən uğrunda canlarından keçmiş igid oğulların məzarlarına gül-çiçək dəstələri düzülüb.

​Anım mərasimində deputat Əliabbas Salahzadə  Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən danışaraq, qələbənin şəhid və qazilərimizin, mərd Vətən oğullarının igidliyi sayəsində, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində qazanıldığını vurğulayıb.

​Mərasimdə adı şanlı zəfər tariximizə yazılmış şəhidimiz Rəşad İlqar oğlu Rəhimovun həyat və döyüş yolundan da danışılıb. Bildirilib ki, Rəşad Rəhimov ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “İgidliyə görə”,  “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Anım günündə şəhidin doğmaları və döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU