Deputatımız elmi konfransda iştirak edəcək
Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov elmi konfransda iştirak etmək üçün noyabrın 23-də Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.
Nizami ili çərçivəsində keçirilən tədbir Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Milli Kitabxanası tərəfindən təşkil olunub. Toplantıda Belarus Yazıçılar Birliyinin rəhbəri, Belarus Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, elm adamları, ziyalılar iştirak edəcəklər.
Səfər noyabrın 24-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi