Deputatımız Gürcüstanda səfərdə olacaq
Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə gedəcək.
Səfər çərçivəsində Musa Qasımlı Suxumi Dövlət Universitetinin və Türkiyənin Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçiriləcək “XX əsrdə türk-gürcü münasibətləri” adlı simpoziumda iştirak edəcək.
Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda deputatımız “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə edəcək.
Səfər noyabrın 28-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi