Salyanda şəhid Coşqun Səfərovun anım mərasimi keçirilib

Tədbirlər
29 noyabr 2021 | 16:41   
Paylaşın:        

Salyanda Vətən müharibəsi şəhidi Coşqun Əhməd oğlu Səfərovun ildönümü qeyd olunub. Mərasimdə Milli Məclisin deputatı Jalə Əhmədova, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim çərçivəsində millət vəkili şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə edildiyini vurğulayıb. Jalə Əhmədova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şücaətlər göstərmiş və qəhrəmancasına şəhid olmuş Coşqun Səfərova Allahdan rəhmət, ailəsinə səbr diləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Coşqun Səfərov ölümündən sonra “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU