Şəhid ailələrinə diqqət və qayğı yüksək səviyyədədir

Tədbirlər
02 dekabr 2021 | 14:26   
Paylaşın:        

Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

Digər şəhər və rayonlarımızda olduğu kimi, Gəncə şəhərində də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, şəhər rəhbərliyi, millət vəkilləri şəhid ailələrinin və qazilərin problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev şəhidlərin, eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələrini tez-tez ziyarət edir, sosial problemlərini öyrənir, müraciət və qayğılarını dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlər görür.

Hər görüşdə şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri qalib dövlətin vətəndaşları kimi Ali Baş Komandanımızla fəxr etdiklərini deyir, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini bildirirlər. Qeyd edirlər ki, Azərbaycanın möhtəşəm Zəfərinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.

Xatırladaq ki, Vətən müharibəsində Gəncənin minlərlə igid övladı vuruşub, onlardan 104 nəfər əsgərimiz şəhid olub. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalıb. Nəticədə 26 nəfər şəhid olub, 130-dan artıq şəxs yaralanıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU