Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Tədbirlər
04 dekabr 2021 | 11:33   
Paylaşın:        

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Komitə iclasının gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, ölüm hökmünün ləğvi, Avropa Şurasına üzv dövlətlərin Şengen sistemindən siyasi sanksiya kimi istifadə etmələri ilə bağlı və bir sıra digər məsələlər daxil edilib.

Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər dekabrın 8-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU