Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Gürcüstanda sərgi keçiriləcək
Dekabrın 8-də Gürcüstan Milli Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin rəsmi açılış mərasimi olacaq.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iştirak edəcək.
Sərgi Gürcüstan Milli Muzeyinin əsas zalında cari il dekabrın 15-dək ziyarətçilərə açıq olacaqdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi