BMT-nin İnternet idarəçiliyi mövzusunda parlament forumu keçirilib
Dekabrın 7-də və 8-də Polşa Respublikasının ev sahibliyi ilə BMT-nin İnternet idarəçiliyi mövzusuna həsr edilmiş onlayn parlament Forumu keçirilib. Tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyev və Nigar Arpadarai iştirak ediblər. Forumda rəqəmsal məkan üçün qanunvericilik yanaşmaları mövzusunda geniş müzakirələr aparılıb.
Onlayn toplantının ikinci günündə deputat Nigar Arpadarai “Sosial media sahiblərinin cəmiyyət qarşısında məsuliyyəti, istifadə edilən alqoritmlərin şəffaflığı” mövzusunda çıxış edib. O, çıxışında müasir dünyada demokratiyanın üzləşdiyi problemlər, bu sahədə internetin və sosial medianın rolu, sosial şəbəkələrdən sui-istifadə, sosial mediada yalan və manipulyasiyalar, sosial media sahiblərinin cavabdehlik mexanizmi, kommersiya maraqlarının məxfiliyi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi