İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək
İtaliyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım mərasimləri keçiriləcək. Milli Məclisin deputatı Vüqar Bayramov tədbirlərdə iştirak etmək üçün dekabrın 9-da Milan şəhərinə səfər edəcək.
Neapol-Bakı Assosiasiyası tərəfindən keçiriləcək tədbirlər çərçivəsində ulu öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs ediləcək, ulu öndərlə bağlı xatirələr səsləndiriləcək.
Səfər dekabrın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi