Şəhidimiz Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilib

Tədbirlər
10 dekabr 2021 | 10:03   
Paylaşın:        

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəman övladımız,  Siyəzən  rayon  Zarat kənd sakini  Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilərək torpağa tapşırılıb.

Vida mərasimində Milli Məclisin deputatı Sadiq Qurbanov,  Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayonun idarə və təşkilatlarının vəzifəli şəxsləri, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Asif Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə göstərdiyi şücaətlərə görə  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sizin haqqınız heç bir zaman ödənməz, igid şəhidlərimiz.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU