İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının tədbirlərində

Sədrin səfərləri
11 dekabr 2021 | 12:31   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak edib.

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi konfrans "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunub.

Tədbir çərçivəsində qurumun Baş Komitəsinin, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, həmçinin Mədəniyyət məsələləri, sivilizasiyaların və dinlərin dialoqu komitələrinin iclasları keçirilib. İclaslarda parlament nümayəndə heyətinin üzvləri deputat Ceyhun Məmmədov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.

Tədbirlərdə gündəlikdəki sənədlərə münasibət bildirilib, təşkilati məsələlərə baxılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU