Milli Məclisdə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

12 dekabr 2021 | 11:48   
Paylaşın:        

Dekabrın 12-də Azərbaycan dövlətciliyinin memarı və qurucusu,  ümummilli  lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi qarşısında anım tədbiri keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli və sədr müavini  Adil Əliyev Ulu öndərin abidəsi önünə əklil qoyaraq Ümummilli liderə dərin ehtiramlarını ifadə ediblər.

Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev , İşlər İdarəsinin müdiri və parlament Aparat rəhbərinin müavini  abidənin qarşısına qızıl güllər düzüb, Ulu öndərin xatirəsini yad edibər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU