Milli Məclisdə görüş

Tədbirlər
14 dekabr 2021 | 18:19   
Paylaşın:        

Dekabrın 14-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov bu ölkənin Azərbaycandakı səfiri Dato Yubazlan Yusof ilə videokonfrans formatında görüş keçirib.

Vüqar Bayramov diplomatı salamlayaraq, onun səfir kimi fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan və Malayziya arasında davam edən yüksək əməkdaşlıq münasibətlərinə diqqət çəkən deputat işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük miqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, qarşılıqlı sərmayə qoyuluşlarının əhəmiyyətindən bəhs edib.

Azərbaycan-Malayziya münasibətlərinin çoxşaxəli xarakterini vurğulayan Vüqar Bayramov iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanlarından danışıb.

Səfir Yubazlan Yusof ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, iqtisadi, ticari, turizm, o cümlədən humanitar və elm sahələrində əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb.

Söhbətdə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Sonra iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU