GUAM PA komitələrinin birgə iclası keçirilib

Tədbirlər
20 dekabr 2021 | 15:54   
Paylaşın:        

Dekabrın 20-də videokonfrans formatında GUAM PA Komitələrinin 5-ci birgə iclası keçirilib. İclasda Milli Məclisin GUAM PA- dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

İclasda GUAM məkanında lokal münaqişələrin həllinin hazırkı vəziyyəti,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Gürcüstan və Moldova Respublikasında dondurulmuş münaqişələr, GUAM-a üzv dövlətlərin BMT, ATƏT, AŞ və onların parlament qurumları çərçivəsində əməkdaşlığı, COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, onların qanunvericilik təminatı, üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılmasının başa çatdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Onlayn tədbirdə deputatlar müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU