Masallı və Yardımlı rayonlarında şəhidlərin xatirəsi anılıb

Tədbirlər
23 dekabr 2021 | 11:36   
Paylaşın:        

Milli Məclisin deputatları Musa Qasımlı və Məşhur Məmmədov Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə rayonun Yolağac kəndində şəhid Raqib Vidadi oğlu Əzizovun il mərasimində iştirak ediblər. Tədbirdə şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

Qeyd edək ki, Raqib Əzizov 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil stansiyasının rəisi vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun giziri olan Raqib Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin üzvləri məhv edilib. Raqib Əzizov 09 dekabr 2020-ci il tarixində Masallı rayonunun Yolağac kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə  Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Deputat Musa Qasımlı Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyevlə birlikdə rayonun Avun kəndində şəhid Cəfərli Cəfər Babacəfər oğlunun valideynlərinə baş çəkib. Deputat Vətən üçün layiqli övlad yetişdirdiklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlığını bildirib,  şəhidlərimizin vətənpərvərliyinin, cəsurluğunun gələcək nəsillərimiz üçün nümunə olduğunu diqqətə çatdırıb.  

Qeyd edək ki, Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir.

Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən Əsgəri Cəfər Cəfərli  Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak edərək 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident İlham Əliyevin sərəncamları ilə Cəfər Cəfərli ölümündən sonra  “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə" və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
i
ctimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU