Şəmkirdə şəhid Elbrus Laçın oğlu Hüseynovun xatirəsi anılıb
Şəmkir rayonunun Çaparlı kəndində şəhid Hüseynov Elbrus Laçın oğlunun anım günü keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhid Elbrus Hüseynovun Çaparlı kəndindəki məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar, xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhid Elbrus Hüseynov ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi